Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abonentlərin sayı 2 164 319-a çatıb

Abonentlərin sayı 2 164 319-a çatıb

2018-ci ilin yanvar-oktyabr ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 70 468 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 41 400-ü Bakı, Abşeron və Sumqayıt, 29 068-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olmuşdur.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini vermişdir. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 164 319-a çatmışdır.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

19 Noyabr 2018 18:38 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə