Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılıb

Yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılıb

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bir sıra yeni ixtisaslar üzrə bakalavr və magistr səviyyələrində kadr hazırlığına başlanılıb.

Bu tədris ilindən ADAU-da bitki mühafizəsi ixtisası üzrə başlamış kadr hazırlığına dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti bir sıra addımlar atıb.

Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində bitki mühafizəsi ixtisası üzrə tədris kurikulumu hazırlanıb. Layihənin cəlb etdiyi yerli və beynəlxalq ekspertlərin birgə fəaliyyəti nəticəsində müasir tələblərə və beynəlxalq standartlara uyğun şəkildə hazırlanmış kurikulumlar artıq Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Məlumat üçün bildiririk ki, “2018/2019-cu tədris ilindən bərpa olunan bu ixtisas üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə 30 nəfər tələbə qəbul olunub. İxtisas üzrə bütün tələbələr yalnız dövlət sifarişi əsasında təhsil alırlar. Növbəti illərdə bitki mühafizəsi ixtisası üzrə xarici dillərdə də kadr hazırlığının aparılması nəzərdə tutulur.

                                                  

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

19 Noyabr 2018 18:29 - TƏHSİL
TƏHSİL
15 May 2019 | 12:03
Qaraciyər Elastoqrafiyası

Köhnə versiyamızdan xəbərləri izlə