Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac”

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac”

Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilir.

Bakı şəhəri 322 nömrəli tam orta məktəbdə keçirilən ağacəkmə aksiyasında təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib. Aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır. Aksiya Cümhuriyyət dəyərlərini təbliğ etməklə yanaşı, məktəblərin həyətyanı sahələrinin yaşıllaşdırılmasına xidmət edir.

Bir həftə davam edəcək aksiyada 100 min ədəd ağacın əkilməsi nəzərdə tutulur. Aksiyada ölkənin bölgələrinin xüsusiyyətlərini nəzərə alaraq şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və başqa ağaclar əkiləcək.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

19 Noyabr 2018 18:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə