Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyrançöl alçaq dağlığı ərazisində tədqiqatlar aparılıb

Ceyrançöl alçaq dağlığı ərazisində tədqiqatlar aparılıb

Science.gov.az saytının verdiyi xəbərə görə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatlarının coğrafiyası şöbəsinin müdiri, aqrar üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyev və həmin şöbənin baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Mahmud Xəlilov Ceyrançöl alçaq dağlığı ərazisində torpaq tədqiqatı aparıblar.

Çöl ekspedisiyası Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə "İnsanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş torpaqlarda ekzodinamiki və torpaqdaxili proseslər, ekoloji baxımdan normallaşdırılma və bu torpaqların keyfiyyətcə idarə olunma modelləri (Ceyrançöl timsalında)" layihəsi əsasında təşkil edilib.

10 gün davam edən tədqiqatlar zamanı torpağın genetik qatları üzrə fiziki xüsusiyyətləri öyrənilib, torpaq örtüyünün müasir vəziyyəti, təbii və insanın təsərrüfat fəaliyyəti nəticəsində torpaq əmələgəlmə prosesi istiqamətində baş verən dəyişikliklər araşdırılıb. Qoyulmuş torpaq kəsimləri əsasında morfoloji təsvir və analiz üçün nümunələr götürülüb.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

19 Noyabr 2018 18:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə