Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Putinin təyyarədə uçarkən nə ilə məşğul olduğu açıqlandı

Putinin təyyarədə uçarkən nə ilə məşğul olduğu açıqlandı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin uzun məsafəli uçuşlar zamanı təyyarədə adətən nə ilə məşğul olduğunu açıqlayıb.

Oxu.Az NSN-ə istinadən xəbər verir ki, Peskov “Moskva. Rusiya. Putin” verilişinə müsahibə zamanı Putinin sənədlərlə işlədiyini bildirib.

O qeyd edib ki, dövlət başçısına gündəlik olaraq imzalanmaq üçün fərmanlar, sərəncamlar və digər sənədlər təqdim olunur.

“Bəzən isə prezident onun üçün hazırlanan televiziya icmallarına baxır, kütləvi informasiya vasitələrinin icmallarını oxuyur”, - deyə o vurğulayıb.

Peskov əlavə edib ki, Putinin bədii ədəbiyyatı oxumağa vaxtı olmur.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”
  

 

19 Noyabr 2018 18:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə