Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstanın teatr xadimləri Sumqayıt Dövlət Dram Teatrında

Gürcüstanın teatr xadimləri Sumqayıt Dövlət Dram Teatrında

Sumqayıt Dövlət Dram Teatrı son vaxtlar beynəlxalq əlaqələrin  gücləndirilməsinə, digər xarici ölkə  teatrları  ilə təcrübə mübadiləsinə xüsusi önəm verir. Bu da heç şübhəsiz, truppanın yaradıcılıq imkanlarının güclənməsinə, eyni zamanda  doğma şəhərimizin  layiqli  təbliğinə rəvac verir. Elə bu məqsədlə Gürcüstan Respublikasından  gəlmiş qonaqların  da niyyəti yaradıcılıq  imkanlarını genişləndirməkdir.

Qonaqlar – Gürcüstan Respublikası Teatr Xadimləri Cəmiyətinin sədri, Gürcüstan Mədəniyyət nazirinin müşaviri Georgi Geqoçkori və Lado Mesxişvili adına  Kutaisi  Dövlət Peşəkar  Dram Teatrının  bədii rəhbəri Konstantin Abaşidze  teatrın direktoru  Əməkdar artist Mübariz Həmidovla görüşdükdən sonra  truppa üzvləri  və sənət ocağındakı şəraitlə tanış oldular.  Məlumat üçün bildirək ki,  Kutaisi Peşəkar Dram və Sumqayıt Dövlət Dram  Teatrları rəhbərləri qarşılıqlı yaradıcılıq əlaqələri yaratmaq və  onu inkişaf etdirmək  məqsədi ilə  memorandum  imzalamışlar.

Əldə olunan razılığa və memorandumun şərtlərinə  əsasən iki ölkə teatrları arasında mədəni yaradıcılıq əlaqələri ildə bir dəfə Sumqayıtda və Kutaisidə qastrol səfərləri, ümumi yaradıcılıq layihələrinin gerçəkləşdirilməsi, rejissor mübadiləsi və müştərək tamaşaların hazırlanması nəzərdə tutulur. 

Müqaviləni Dumqayıt Dövlət Dram Teatrı adından teatrın direktoru Mübariz Həmidov,  Lado Mesxişvili adına  Kutaisi  Dövlət Peşəkar  Dram Teatrı adından Sonra  Sumqayıt Dövlət Dram Teatrı ilə Kutaisi  Dövlət Peşəkar Dram Teatrı arasında  perspektiv  yaradıcılıq  əlaqələri  haqda geniş  müzakirə aparılmışdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Noyabr 2018 12:16 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə