Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Uğurlu karyera inkişafı” mövzusunda təlim keçirilib

“Uğurlu karyera inkişafı” mövzusunda təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin biznes idarəçiliyi fakültəsində marketinq kafedrasının təşəbbüsü ilə ”Uğurlu karyera inkişafı” mövzusunda təlim keçirib.  Keçirilən fərdi inkişaf mühazirələrinin növbəti qonağı  “AAAF Holdinq”in vitse – prezidenti, biznes üzrə konsultant və peşəkar təlimçi Fəxri Ağayev olub. O, təqdimat-çıxışı zamanı öncə tələbələrə şəxsi təcrübəsindən danışıb.

Təlimçi qeyd edib ki, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı, şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən karyera yüksəlişini məqsəd bilən tələbələr təhsil imkanlarından səmərəli faydalanmalı, öz üzərlərində hər zaman ciddi işləməlidirlər. Uğurlu karyera qurmaq istəyən tələbə gənclər ali təhsili başa vurduqdan sonra da bilik və bacarıqlarını,peşəkarlıqlarını artırmalıdırlar.

ATMU-da “Uğurlu karyera inkişafı” mövzusunda keçirilən tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Sonda iştirakçı tələbələrdən 7 nəfərə sertifikat təqdim olunub. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Noyabr 2018 11:46 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin