Ən son xəbərlər

Son buraxılış
Arxiv

Latviya Respublikasının Prezidenti zati-aliləri cənab Raymonds Veyonisə

Latviya Respublikasının Prezidenti zati-aliləri cənab Raymonds Veyonisə

Hörmətli cənab Prezident!
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan–Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
 

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2018-ci il

17 Noyabr 2018 22:59 - MƏKTUBLAR
MƏKTUBLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin