Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə əsasən qərara alıram:
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 9, maddə 187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1028; 2008, № 12, maddə 1057; 2011, № 1, maddə 21) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri:
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri;
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini;
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavinləri;
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının İnsan Resursları idarəsinin rəisi;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi Təminat İdarəsinin rəisi;
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi;
Bakı Baş Gömrük İdarəsinin rəisi;
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi.”.
2. 2-ci hissə ləğv edilsin.
3.  Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2018-ci il

17 Noyabr 2018 22:58 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin