Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyanın Qazaxıstan və Belarus prezidentlərindən izahat tələb etməsi rüsvayçılıqdır

Nikol Paşinyanın Qazaxıstan və Belarus prezidentlərindən izahat tələb etməsi rüsvayçılıqdır

Bu adam sözün həqiqi mənasında siyasətdən və diplomatiyadan xəbərsizdir. Gündəlik həyatında elə addımlar atır ki, özünü də, ona səs verib qabağa çəkənləri də gülünc vəziyyətə salır. İndiyədək harada görünmüşdü ki, bir ölkənin rəhbəri digər ölkələrin rəhbərindən izahat tələb etsin? Bunun üçün protokol qaydaları və diplomatik ünsiyyət normaları mövcuddur. Həmin prinsiplər Paşinyan üçün yox imiş. Yoxsa bu qədər “yüksəkdən getməzdi”. 
Söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həmin vəzifədən qovulmasından sonrakı proseslərin Ermənistan üçün sarsıdıcı zərbə olmasından gedir. Xaçaturov cinayət məsuliyyətinə cəlb edildiyinə görə baş katib postundan kənarlaşdırılanda Paşinyan həmin vəzifəyə başqa bir ermənini sırımağa çalışırdı. Ancaq Qazaxıstan Prezidenti həmin oyuna razılaşmadı və növbəti baş katibin Belarusu təmsil etməli olduğunu israrla səsləndirdi. 
Bu məğlubiyyətlə barışmayan və öz ölkəsində rüsvay olan Nikol Paşinyan artıq neyləyəcəyini, necə danışacağını bilmir. Deyir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qərarlar konsensus vasitəsilə qəbul olunur və biz bununla əlaqədar mövqeyimizi bildirmişik. Bu adam unudur ki, nə Ermənistanın MDB çərçivəsində nüfuzu var, nə də onun özünü kimsə siyasətçi kimi tanıyır.
Bəzi politoloqlar Ermənistan rəhbərinə başa salmağa çalışırlar ki, onun ölkəsi regionda, postsovet məkanında və ümumiyyətlə, heç yerdə ciddi tərəfdaş kimi qəbul olunmur. Ona görə də KTMT-nin baş katibi məsələsi Ermənistanla müzakirə olunmur və olunmayacaq. Nə üçün? Çünki Ermənistan təmsil olunduğu bütün qurumlar üçün yükdən və əlavə problemdən başqa bir şey deyildir. Üstəlik, rəsmi İrəvan tamhüquqlu üzv olduğu KTMT-nin rəhbərliyinə Yuri Xaçaturov kimi cinayətkarı gətirməklə bu təşkilatın nüfuzuna və fəaliyyətinə ağır zərbə vurmuşdur. 
İndi isə Astana zirvə toplantısından biabırçı vəziyyətdə geri dönən Ermənistan baş nazir səviyyəsində müttəfiq olduğu dövlətlərə qarşı ittihamlar irəli sürür. Bu isə rüsvayçılıqdan başqa bir şey deyildir.
Xatırladaq ki, Nikol Paşinyan da özündən əvvəlki Ermənistan rəhbərləri kimi rüsvayçılıqdan, biabırçılıqdan qətiyyən çəkinmir. Çünki “islanmışın yağışdan nə qorxusu?” Bu adamlar son 25-30 ildə elə bir ay, rüb olmur ki, haradansa “əli ətəyindən uzun” qayıtmasınlar. Amma yenə də öz dediklərinin üstündə durmağa çalışırlar. Bunun isə bir adı var: ermənilik. Vəssalam.

 

İ. QAÇAYEV, 
“Xalq qəzeti”

17 Noyabr 2018 22:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin