Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqtonda görüşləri

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqtonda görüşləri

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri davam edir.
nümayəndə heyəti Vaşinqtonda bir sıra görüşlər keçirib. 
Əvvəlcə nümayəndə heyəti Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyub. 
Daha sonra nümayəndə heyəti ABŞ Dövlət Departamentində Siyasət və Qiymətləndirmə direktoru Stefen Guice ilə görüşüb. 
Görüşdə soydaşlarımızın inteqrasiyası, Azərbaycan dili və mədəniyyətinin təbliği proqramlarının təşkili, soydaşlarımızda təhsil və peşə qabiliyyətinin artırılması imkanlarının yaradılması, uğur qazanmış azərbaycanlılara Dövlət Departamenti tərəfindən xüsusi dəstək göstərilməsi məsələləri, həmçinin soydaşlarımızın sahibkarlıq imkanlarının təşviqi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığın qurulması perspektivləri müzakirə edilib.
Nümayəndə heyətinin növbəti görüşü Dünya Bankının binasında Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Maliyyə Korporasiyasında çalışan Azərbaycanlıların Assosiasiyasının üzvləri ilə olub. Görüşdə burada çalışan və təcrübə keçən azərbaycanlıların sayının artırılması, azərbaycanlı gənclərin bu qurumlarda karyera qurmaları üçün ölkəmizdə və xaricdə sistemli seminarların təşkili, qurumun xarici əməkdaşları arasında ölkəmizin təbliğ edilməsi və milli-mədəni irsimizin tanıdılması üçün bir sıra təkliflər müzakirə edilib.
Dövlət Komitəsinin nümayəndə heyəti daha sonra Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıcla görüşüb. Söhbət zamanı iki qardaş ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Hər iki ölkənin ABŞ-da fəaliyyət göstərən icmalarının bundan sonra daha da sıx və davamlı işləməsi qərara alınıb. 
Görüşlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.

 

Yusif Babanlı,
 AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

 

17 Noyabr 2018 22:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin