Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu yaxşılığı nə mən unudacağam, nə də Şaiqin anası

Bu yaxşılığı nə mən unudacağam, nə də Şaiqin anası

Bu günlərdə Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada on bir min manat məbləğində birdəfəlik ödəmələr verilir. Birdəfəlik ödəmə alanlardan biri də Quba rayonunun Rustov kənd sakini, şəhid atası İmaməddin Kərimovdur. Dövlətimizin başçısının bu humanist addımı barədə İmaməddin kişi bunları dedi: 
– Mən möhtərəm Prezidentimiz İlham Əliyevə biz şəhid ailələrinə göstərdiyi bu sonsuz qayğıya görə son dərəcə minnətdaram. 
Qarabağ münaqişəsi başlananda oğlum Şaiq torpağını, Vətənini qorumaq üçün könüllü şəkildə cəbhəyə yollandı. Şaiq Qarabağda bir çox ağır döyüşlərdə şücaətlər göstərib. Oğlum 1992-ci ildə Ağdərə uğrunda ağır döyüşlərdə 19 yaşında qəhrəmancasına həlak olub. Döyüş yoldaşları, komandirləri onun barəsində hər zaman xoş sözlər deyirlər. Nə gizlədim, bu zaman mənim qəlbim dağa dönür. 
Dövlətimizin başçısı cənab İlham Əliyev Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə son dərəcə böyük diqqət və qayğı göstərir. Səmimi şəkildə bildirirəm ki, bizim ailəyə verilən on bir min manatlıq birdəfəlik ödəmə ailə büdcəmizə xeyli dəstək oldu. Bu yaxşılığı nə mən, nə də Şaiqin anası, həyat yoldaşım Zibayə xanım heç vaxt unutmayacağıq. 
İndi mən həyatımın ahıl dönəmini yaşayıram. Ömrüm boyu doğma kənddə sıravi işdə işləmişəm. Azərbaycan ­Prezidentinin müdrik rəhbərliyi ilə ölkəmizin hər yerində, eləcə də, bizim Quba rayonunda, kəndimizdə görülən böyük abadlıq-quruculuq işləri məni çox sevindirir. Dövlətimizin daha da güclənməsini, xalqımızın daha firavan yaşamasını arzulayıram. 

 

Söhbəti yazdı: 
M.HACIXANLI,
 “Xalq qəzeti” 

17 Noyabr 2018 22:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin