Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid ailələrinə qayğı Milli Ordunun möhkəmləndirilməsinə zəmin yaradır

Şəhid ailələrinə qayğı Milli Ordunun möhkəmləndirilməsinə zəmin yaradır

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli fərmanına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsi məsələsini biz şəhid ailələrinə göstərilən diqqətin nəticəsi kimi qəbul edirik.
Xüsusi vurğulamaq istəyirəm ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq, hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. 
Mən bir şəhid oğlu kimi, cənab Prezidentin Milli Ordumuz, hərbçilər və şəhid ailələri ilə bağlı imzaladığı istənilən sənədi xalqımıza və dövlətçiliyimizə xidmətin təzahürü hesab edirəm. O ki qaldı atam – şəhid Əliyev Habil Həsən oğluna, deyə bilərəm ki, o, 1969-cu ildə Şəmkirin Daşbulaq kəndində anadan olmuşdur. Zəhmətkeş, vətənpərvər insan olan atam texniki idarədə dispetçer işləyirdi. Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdu. 
1993-cü ilin əvvəlində ərizə yazaraq, könüllü şəkildə cəbhəyə yollanmışdır. Atam Tərtər – Ağdərə bölgəsinin Madakis kəndi yaxınlığında amansız döyüşlərin iştirakçısı olmuşdur. Belə döyüşlərin birində aldığı qəlpə yarasından şəhidliyə qovuşmuşdur. O, şəhid olanda ailəli idi. Atamın yaşadığı binanın qabağında onun adına bulaq tikilib. Şəmkirdəki 2 nömrəli uşaq bağçasına da şəhid Habil Əliyevin adı verilib.
Mən Vətənə xidmətin nümunələrindən birini yaratmış atamla da fəxr edirəm, şəhidlərin adını daim uca tutmağı gündəlik iş fəaliyyətinə daxil etmiş dövlət başçımızla da. Mən cənab Prezidentin siyasi fəaliyyətinin miqyasını, onun liderlik məharətini, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qətiyyətini görürəm və inanıram ki, atamın qanı yerdə qalmayacaq. Azərbaycan dövləti Dağlıq Qarabağı da, ətraf rayonları da düşmən tapdağından azad edəcəkdir. 
İnanıram ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli fərmanına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itgin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsi də məhz bu məqsədə xidmət edir.

 

Aqil HƏSƏNLİ,
Şəmkir rayonu

17 Noyabr 2018 22:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin