Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şanlıurfada “Azərbaycan – Qarabağ parkı” açılıb

Şanlıurfada “Azərbaycan – Qarabağ parkı” açılıb

Türkiyəninən böyük vilayətlərindən olan Şanlıurfadakı “Azərbaycan – Qarabağ parkı” böyük bir ərazini əhatə edir. Bu qədim məkanın mərkəzində açılan “Azərbaycan – Qarabağ parkı”, “Şəhidlər” və “Xocalı soyqırımı” abidələri Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə salınıb. Bunu parkın və abidənin açılışında Şanlıurfa bələdiyyəsinin sədri Nihat Çiftçi deyib.
 Abidələr hər tərəfində Azərbaycan və Türkiyə bayraqlarının birlikdə dalğalandığı Qarabağ parkının mərkəzində ucaldılıb. Üzərində hər iki ölkənin bayrağı və ümummilli liderimiz Heydər Əliyevin “Bir millət iki dövlət” ifadəsi yer alıb. Xocalı soyqırımında, eyni zamanda, 1918-ci ildə erməni daşnaklarının Azərbaycanın müxtəlif bölgələrində soyqırımı törətdiyi zaman ölkəmizə köməyə gələn Nuru paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun qəhrəman şəhidləri ilə bağlı məlumatlar da orada öz əksini tapıb. “Azərbaycan – Qarabağ parkı”, “Şəhidlər”, “Xocalı soyqırımı” abidələrinin açılışında Şanlıurfa bələdiyyəsinin rəhbəri Nihat Çiftçi, Şanlıurfa valisi Abdullah Erin, Türkiyə millət vəkilləri, ziyalılar, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, QHT, mediya nümayəndələri və yüzlərlə yerli sakinlər iştirak edib.
 Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səslənməsilə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan haqqında dəyərli sözlərlə çıxış edən bələdiyyə sədri Nihat Çiftçi “Hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, – deyib və yeni açılan parkın və abidənin Şanlıurfada böyüyən gənc nəsillər üçün önəmindən danışıb. Eyni zamanda, Azərbaycan–Türkiyə qardaşlığının və işbirliyinin getdikcə daha da gücləndiyini və bundan sonra da möhkəmlənəcəyini deyib. 
Qənirə Paşayeva işğal altındakı bölgələrdə Ermənistanın törətdiyi vandalizm aktlarına dünya birliyinin, böyük güclərin səssiz qaldığını deyərək, bir daha bu zülmlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmalarını, belə parklar və küçələrin Türk dünyasının dörd bir yanında açılmasının vacibliyini bildirib. 
Çıxışlarda açılışdan sonra park və abidələrin bundan sonra şanlıurfalıların ən çox ziyarət yerinə çevriləcəyi deyilib. Qarabağda günahsız insanlara edilən erməni zülmünün hər bir Şanlıurfa sakininin yaddaşına həkk etməsi üçün elə bu abidənin önündə yazılan məlumatların yetərli olması bildirilib. 

 

Z. BƏŞİRQIZI, 
“Xalq qəzeti”

 

17 Noyabr 2018 22:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin