Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya çempionatında daha bir gümüş medal

Dünya çempionatında daha bir gümüş medal

Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycan millisinə növbəti medalı qadınların yarışında Elis Mamolova qazandırmışdır.
Güləşçimiz 65 kq çəki dərəcəsində onu fəxrü kürsüyə aparan yolda Moldova, Rusiya və İsveçdən olan rəqiblərini məğlubiyyətə uğradaraq finala çıxmışdır. Manolova “qızıl” uğrunda həlledici görüşdə yaponiyalı Ayana Qempeyə 3:7 hesabı ilə uduzsa da, onun fəxri kürsünün ikinci pilləsinə yüksəlib dünya birinciliyinin gümüş mükafatçısı olması böyük müvəffəqiyyətdir.
Təmsilçimizin bu uğurunadək Azərbaycan idmançıları yunan-Roma üsulu ilə güləşənlərin turnirində iki gümüş və bir bürünc medala sahib olmuşdular. Elis isə mükafatlarımızın sayını 4-ə çatdırmışdır.
Lakin bu da son hədd deyil. Sərbəst üsulla güləşənlərin yarışında Əli Rəhimzadə (65 kq) Kanada, Moldova və Macarıstan idmançılarına qalib gəlib finalın qapısını öz üzünə açmışdır. Qızıl medal uğrunda yapon güləşçiyə qarşı həlledici görüş dünən axşam keçirilmişdir.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 

17 Noyabr 2018 22:40 - İDMAN
İDMAN
8 Dekabr 2018 | 21:12
Lukakudan gözlənilməz qərar
7 Dekabr 2018 | 23:34
Rusiya ilə bir qrupda
7 Dekabr 2018 | 00:57
Yeni baş məşqçi
6 Dekabr 2018 | 17:12
Azərbaycan Kuboku uğrunda

Ən son xəbərləri səhifəmizdən də izləyin