Ən son xəbərlər

Son buraxılış
Arxiv

Jurnalistlər “Azercell”in təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcəklər

Jurnalistlər “Azercell”in təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcəklər

Azərbaycanda KİV nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına, beynəlxalq əlaqələrin qurulmasına, həmçinin ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə “Azercell Telekom” MMC-nin media nümayəndələri üçün təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcək jurnalistlər bəlli olub. 
Çap, online və elektron mediada çalışan 50 nəfər jurnalist kurslarda iştirak etmək imkanı qazanıb. Dərslər hər biri 10 nəfərdən ibarət 5 qrup olmaqla ixtisaslaşmış ingilis dili müəllimləri tərəfindən əyani şəkildə həftədə 2 dəfə keçiriləcək. 6 ay davam edəcək dərslərdə media nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılacaq. Qeyd edək ki, 80 nəfərdən çox media nümayəndəsinin kurslarda iştirak üçün müraciəti qeydə alındıqdan sonra, bilik səviyyəsinin müəyyənləşdirilməsi üçün müəllimlər tərəfindən seçimlər aparılıb.
 “Azercell” 10 ildir ki, jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Onu da vurğulamaq istərdik ki, fəaliyyətə başladığı gündən etibarən “Azercell” şirkəti media qurumlarının irəli sürdüyü təşəbbüsləri dəstəkləyir, jurnalistlərin peşəkar inkişafına yardım edən layihələri reallaşdırır. Həmçinin bu sahədə baş verən yenilik və trendlərlə tanış etmək, fərqli təcrübələrlə bölüşmək, beynəlxalq jurnlalistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur. 

17 Noyabr 2018 22:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin