Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Salam, Şuşa məktəbi, xoş gördük, Şuşa bağı!”

“Salam, Şuşa məktəbi, xoş gördük, Şuşa bağı!”

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəbbüsü ilə mütəmadi olaraq respublikamızın ucqar bölgələrində yerləşən qaçqın və məcburi köçkün uşaqlarının təhsil aldıqları məktəblərdə görüşlər təşkil olunur, hərbi vətənpərvərlik mövzusunda tədbirlər keçirilir. Növbəti tədbir Bərdə rayonu ərazisində yerləşən Şuşa rayonu 18 saylı tam orta məktəbdə təşkil olunmuşdu.
“Salam, Şuşa” adlı təhsilə dəstək sisilə layihəsinin növbəti mərhələsinə start verilmişdir. Layihənin birinci mərhələsində YAP Nəsimi rayon təşkilatının nümayəndələri ilə birlikdə Bakı şəhəri 247 nömrəli tam orta məktəbin pedaqoji kollektivi də məcburi köçkün məktəbinə gələrək şagirdlərlə görüşmüş və gələcək təhsil ocağı ilə əməkdaşlıq barədə istiqamətləri üzrə müzakirələr aparmışdır. 
Hazırda layihənin ikinci mərhələsinin icrasına başlanılmışdır. Bu mərhələdə Şuşa rayonu 18 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin üzvləri Bakı şəhərindəki 247 nömrəli tam orta məktəbin qonağı olmuşlar. Tədris prosesində yeniliklərlə tanış olan müəllim və şagirdlər dərslərdə, layihələrdə və müxtəlif sərgilərdə iştirak etmiş, öncədən onlar üçün hazırlanmış proqram əsasında ekskursiyalara cəlb olunmuşlar. Layihənin icrasında əsas məqsəd qabaqcıl iş təcrübəsini bölüşmək, əməkdaşlığı daha da genişləndirməkdir.
Məktəbin həyətyanı sahəsində iki məktəb arasında dostluq nişanəsi olaraq, ağaclar əkilmiş və xatirə bağı, –”Şuşa bağı” salınmışdır. Sonda layihənin təşəbbüskarı, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Bakı şəhəri 247 nömrəli məktəbin direktoru Nihal Hacıyeva və qonaqlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.

 

Ə.BƏDƏLOV, 
“Xalq qəzeti”

17 Noyabr 2018 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin