Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kaliforniyada ən çirkli hava şəraiti qeydə alınıb

Kaliforniyada ən çirkli hava şəraiti qeydə alınıb

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları davam edir. 
Mütəxəssislər bildiriblər ki, Kaliforniya ştatında dünyanın ən çirkli hava şəraiti qeydə alınıb. Tüstülü hava şəraitinə görə, San-Fransisko, San-Xose və Santa-Klarada məktəblər bağlanıb. Əhali küçələrdə maska ilə gəzir.
“NBC” telekanalının məlumatına görə, San-Fransisko Aeroportunda tüstülü hava şəraitinə görə, hər on reysdən biri təxirə salınır.
Qeyd edək ki, yanğın ştatda 566 kvadratkilometr sahəni külə döndərib. 11,8 min tikili, o cümlədən 9,7 min yaşayış evi yanıb. Yanğın nəticəsində 74 nəfərin həlak olduğu və 1000 nəfərdən çox insanın itkin düşdüyü bildirilir.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti” 

17 Noyabr 2018 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin