Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsas namizədlərin adı açıqlanıb

Əsas namizədlərin adı açıqlanıb

İnterpolun rəhbəri Men Hunveyin istefasından sonra bu vəzifəyə təyin olunacaq şəxslərin adları açıqlanıb. Bu barədə məlumatı Böyük Britaniyanın "The Times" qəzeti hökumətdəki mənbəyinə istinadən yayıb.
Bildirilir ki, bu posta əsas namizəd Rusiya vətəndaşı olan Aleksandr Prokopçukdur. 2011-ci ildən etibarən Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun rəisi olan A.Prokopçuk həm də 2016-cı ildən İnterpolun vitse-prezidentidir. 
Nəşrin verdiyi məlumatda qeyd edilir ki, A.Prokopçukun noyabrın 21-də keçiriləcək seçkilərdə təşkilatın prezidenti seçilməsi, demək olar ki, təmin olunub. 
Qəzet yazır ki, Britaniya hökuməti A.Prokopçukun seçiləcəyinə əmindir və buna mane olmaq niyyətində deyil. Rusiyalının yeganə rəqibi hazırda İnterpolun başçısı vəzifəsini icra edən Cənubi Koreya vətəndaşı Kim Çen Yanqdır. Eyni zamanda, Cənubi Afrikanın da təşkilatın rəhbəri postuna namizədini irəli sürəcəyi də istisna edilmir.
Xatırladaq ki, İnterpolun rəhbəri Men Hunvey istefa verib. O, Çində qanun pozuntusunda şübhəli bilinir, onun barəsində yoxlamalar aparılır. 2016-cı ildə İnterpola rəhbər təyin edilən 64 yaşlı Men Hunvey buna qədər Çinin İctimai Təhlükəsizlik Nazirliyində çalışıb.

 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

17 Noyabr 2018 22:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin