Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Kəşfiyyat İdarəsi: Camal Qaşıqçı vəliəhd Məhəmməd ibn-Salmanın əmri ilə öldürülüb

Mərkəzi Kəşfiyyat İdarəsi: Camal Qaşıqçı vəliəhd Məhəmməd ibn-Salmanın əmri ilə öldürülüb

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi belə nəticəyə gəlib ki, Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı əmri krallığın vəliəhdi Məhəmməd ibn-Salman Al-Səud verib. Belə bir bəyanatla Mərkəzi Kəşfiyyat İdarəsindəki (MKİ) mənbəyə istinadən “The Washington Post” çıxış edib. Məlumatı TASS verib.
“Qəbul olunmuş mövqe ondan ibarətdir ki, jurnalistin öldürülməsi vəliəhdin xəbəri və iştirakı olmadan baş verə bilməzdi, – deyə mənbə qəzetə müsahibəsində təsdiq edib. – MKİ Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri, vəliəhdin qardaşı Xalid ibn-Salmanın Qaşıqçıya zənglərini təhqiq edib. Xalid Qaşıqçıya deyib ki, o, nikah sənədlərini götürmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna getməlidir və əmin edib ki, burada onu heç bir təhlükə gözləyə bilməz. Xalid qardaşının tapşırığı əsasında zəng edib, ancaq Qaşıqçının öldürüləcəyini bilməyib”. 
“The Washington Post” bundan əlavə, ABŞ Prezidentinə yaxın mənbələrə istinadən xəbər verir ki, Səudiyyə vəliəhdinin bu ölüm faktında iştirakı ilə bağlı sübutlar Prezident Donald Trampa təqdim olunsa da, Ağ evin başçısı buna şübhə ilə yanaşıb. Tramp, eyni zamanda, MKİ-dən və Dövlət Departamentindən xahiş edib ki, jurnalistin qalıqlarının harada olduğu barədə məlumat toplayıb ona bildirsinlər. 
MKİ-nin vəliəhdin bu ölüm faktında iştirakı ilə bağlı gəldiyi nəticələrdə o da qeyd edilir ki, Məhəmməd ibn-Salman Al-Səud “faktiki olaraq ölkədə əsas sima hesab edilir və hətta ən əhəmiyyətsiz məsələlərə də nəzarət edir”. ABŞ Prezidenti Administrasiyasının rəsmisi əlavə edib ki, bütün bunlar nəzərə alınaraq, belə qəbul olunur ki, bu ölüm hadisəsi də onun xəbəri olmadan baş verə bilməzdi”. 
TASS “The Washington Post”un materialını şərh etmək xahişi ilə Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuat xidmətinə müraciət etsə də, imtina cavabı alıb.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

17 Noyabr 2018 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin