Ən son xəbərlər

Son buraxılış
Arxiv

İŞİD qruplaşması uşaqları da terrora cəlb edir

İŞİD qruplaşması uşaqları da terrora cəlb edir

Suriyanın müxtəlif bölgələrində uşaqlardan ibarət terrorçu dəstələr hazırlanır. Bu barədə İRNA informasiya agentliyi məlumat yayıb.
Mənbə qeyd edir ki, xüsusən Deyr-əz-Zor vilayətində İŞİD ilə Suriyanın demokratik müxalifəti adlanan qruplaşma arasında baş verən toqquşmadan sonra hadisə yerində çoxlu sayda əlisilahlı uşaq meyiti aşkarlanıb.
Məlum olub ki, bu uşaqlar xaricdən Suriyaya İŞİD-ə yardım etməyə gələnlərin uşaqlarıdır. Suriyadakı müharibədə valideynlərini itirən uşaqlar terrorçu qruplaşmaların nəzərindən qaçmayıb. Valideynlərinin ölümündən sonra vətəndaşlığını və sənədlərini itirən uşaqlar yemək və cüzi miqdarda pul müqabilində asanlıqla terrorçuların əmrlərini yerinə yetirməyə başlayıblar.
Qeyd edilir ki, Suriyanın Deyr-əz-Zor vilayəti ilə yanaşı, Həcin və digər bölgələrdə də silahlı uşaq dəstələri fəaliyyət göstərir.
Xatırladaq ki, Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsi 1 milyona yaxın suriyalının ölümünə, 10 milyona yaxın insanın isə qaçqına çevrilməsinə səbəb olub.

 

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

17 Noyabr 2018 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin