Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kosmik qüvvələrlə bağlı bəyanat

Kosmik qüvvələrlə bağlı bəyanat

ABŞ kosmik qoşunlarının yaradılması üçün 10 milyard dollar vəsait xərcləməlidir. Bu bəyanatla ABŞ-ın müdafiə nazirinin müavini Patrik Şenaxan çıxış edib. Pentaqon rəsmisi qeyd edib ki, bu vəsait birinci beş il üçün tələb olunur. 
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyun ayında kosmik qüvvələrin yaradılması barədə sərəncam verib. O vurğulayıb ki, ABŞ kosmosda liderliyi hədəfləyib və Rusiya ilə Çinin arxasınca sürünmək niyyətində deyil.
Məlumatı “The Hill” nəşri yayıb.

Hazırladı: 
Elçin ABBASOV, 
“Xalq qəzeti”

 

17 Noyabr 2018 22:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin