Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə “Hər ailə ağac əksin” aksiyası davam edir

Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə “Hər ailə ağac əksin” aksiyası davam edir

Ölkə Prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə  “Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan və ənənəvi hal alan aksiya Gəncə, Sumqayıt, Şəki, Şəmkir, Tovuz, Quba, Şabran, Şirvan, Bərdə, Cəlilabad rayonlarında və Bakı şəhərinin Türkan və Binə qəsəbələrində  davam etdiriləcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, noyabr 17-də aksiya Sumqayıtda  “Kimyaçı” mədəniyyət sarayının qarşısında, Şəmkir, Bərdə, Cəlilabad, Tovuz, Quba, Şirvanda şəhər bələdiyyəsinin qarşısında saat 10:00-dan 12:00-dək, Gəncədə Kəpəz bələdiyyəsinin, Şəki və Şabranda şəhər bələdiyyəsinin qarşısında saat 12:00-dan 14:00-dək, Binə qəsəbəsində icra nümayəndəliyinin və Türkan qəsəbəsində mədəniyyət evinin qarşısında saat 14:00-dan 16:00-dək keçirilib və vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılıb. 

Ağacəkmə kampaniyası  “Bir şagird bir ağac əksin və qorusun” devizi altında ETSN-nin dəstəyi ilə məktəblərdə də keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə Bakı və Abşeronda, eləcə də respublikamızın bölgələrində hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

 

Qəzənfər QASIMOV,
“Xalq  qəzeti”

17 Noyabr 2018 17:51 - EKOLOGİYA
EKOLOGİYA
7 Dekabr 2018 | 18:42
Brakonyerlər saxlanılıb
6 Dekabr 2018 | 19:29
Mətbuat konfransı keçirilib
4 Dekabr 2018 | 17:58
Yaponiyada yay havası

Ən son xəbərləri səhifəmizdən də izləyin