Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özəl sektorla əməkdaşlığa dair “dəyirmi masa”

Özəl sektorla əməkdaşlığa dair “dəyirmi masa”

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələri ilə özəl sektor nümayəndələri arasında dual sistemə bənzər peşə təhsili sahəsində əməkdaşlığa dair “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da peşə təhsili və təlimi sahəsində həyata keçirilən islahatlar, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən dövlət-özəl əməkdaşlığının istiqamətləri, dual sistemə bənzər peşə təhsili üzrə beynəlxalq təcrübə, peşə təhsili müəssisələri ilə özəl sektor arasında müxtəlif əməkdaşlıq formaları və digər məsələlər müzakirə olunub, işəgötürənlərin peşə təhsili sistemində yaxından iştirakının vacibliyi qeyd edilib.

 “Dəyirmi masa”da Qəbələ, Qax və İsmayıllı rayonlarında yerləşən və peşə təhsili müəssisələri ilə kənd təsərrüfatı, eləcə də turizm sahəsində əməkdaşlıq edən 20-ə yaxın müəssisənin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “dəyirmi masa” “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində dual sistemə bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması (ED VET)” layihəsi çərçivəsində təşkil olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

17 Noyabr 2018 17:42 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin