Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Savadlı şagirdlər üçün səviyyə müəyyənləşdirmə imtahanı

Savadlı şagirdlər üçün səviyyə müəyyənləşdirmə imtahanı

Bakı şəhərində və 15 rayonda yerləşən 48 ümumtəhsil müəssisəsində təşkil edilmiş xüsusi siniflərdə səviyyə qiymətləndirmə imtahanları keçirilib. 7-ci siniflərdə riyaziyyat və informatika, 8-ci siniflərdə isə fizika, kimya və biologiya fənləri üzrə keçirilən imtahanların məqsədi şagirdlərin bilik səviyyələrini müəyyən etmək, onlar arasında rəqabət mühiti yaratmaq və müvafiq fənlər üzrə təhsil səviyyəsini ölçməkdən ibarətdir.

İmtahanların tədris ili müddətində 4 dəfə təşkil edilməsi planlaşdırılır.

Qeyd edək ki, xüsusi istedada malik uşaqların akademik potensialının inkişafı üzrə  bir çox tədbirlər icra edilməkdədir. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhərində və 15 rayonda yerləşən 48 məktəbdə təşkil edilən xüsusi siniflərdə 1200-dən çox şagird zənginləşdirilmiş proqram  əsasında təhsillərini davam etdirirlər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

17 Noyabr 2018 17:38 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin