Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanan Amerika: 71 ölü, 1100 itkin, məhv olmuş minlərlə ev...

Yanan Amerika: 71 ölü, 1100 itkin, məhv olmuş minlərlə ev...

ABŞ-ın Kaliforniya ştatının şimalında tüğyan edən "Camp Fire" meşə yanğınlarında həlak olanların sayı artıq 71 nəfərə çatıb. Təqribən 1100 nəfər itkin düşüb.

Milli.Az ABC-yə istinadən bildirir ki, Kaliforniya ştatının hakimiyyət dairələri itkin düşmüş sayılan insanların ailə üzvləri və qohumları ilə əlaqə yarada bilməyən şəxslər olduqlarına ümid edir. "Camp Fire" Kaliforniyanın tarixində ən məşhur meşə yanğınıdır. Alovların məhv etdiyi ərazi 560 kvadrat kilometrdən artıqdır. 12 min ev yanıb, 100 mindən artıq insan təlxiyə olunub. Yanğınlar hələ də davam edir. Güclü külək və quraq hava səbəbindən bəzi yerlərdə alovlar 80 km/saat sürətlə hərəkət edir.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

17 Noyabr 2018 17:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin