Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnterpol rəhbəri vəzifəsinə əsas namizədlər açıqlanıb

İnterpol rəhbəri vəzifəsinə əsas namizədlər açıqlanıb

Rusiya vətəndaşı Aleksandr Prokopçuk İnterpol rəhbəri postuna əsas namizəddir.

Milli.azdan verilən xəbərə görə Britaniyanın "The Times" qəzeti hökumətdəki mənbəyinə istinadən bildirir ki, 2011-ci ildən etibarən Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun rəisi olan A.Prokopçuk həm də 2016-cı ildən İnterpolun vitse-prezidentidir. Qəzetin məlumatına görə, onun noyabrın 21-də keçiriləcək seçkilərdə təşkilatın prezidenti seçilməsi, demək olar ki, təmin olunub. Mənbədən deyilir k, Britaniya hökuməti A.Prokopçukun seçiləcəyinə əmindir və buna mane olmaq niyyətində deyil.

Qəzetin bilgisinə görə, rusiyalının yeganə rəqibi hazırda İnterpolun başçısı vəzifəsini icra edən Cənubi Koreya vətəndaşı Kim Çen Yanqdır.

Eyni zamanda Cənubi Afrikanın da təşkilatın rəhbəri postuna namizədini irəli sürəcəyi də istisna edilmir. Xatırladaq ki, İnterpolun rəhbəri Men Hunvey istefa verib. O, Çində qanun pozuntusunda şübhəli bilinir, onun barəsində yoxlamalar aparılır.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

17 Noyabr 2018 17:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin