Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə təhsil alan Azərbaycan vətəndaşları ilə bağlı məsələlər müzakirə edilib

Türkiyədə təhsil alan Azərbaycan vətəndaşları ilə bağlı məsələlər müzakirə edilib

Təhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə İş üzrə Baş İdarəsinin sədri Abdullah Erenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, hər iki ölkə arasında 2017-ci ildə imzalanmış təhsil sahəsində əməkdaşlıq haqqında sazişdən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Türkiyə təqaüdləri çərçivəsində bu ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının təhsili ilə bağlı məsələlər müzakirə edilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

17 Noyabr 2018 12:48 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin