Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxıstanlı alimlər Dilçilik İnstitutunda

Qazaxıstanlı alimlər Dilçilik İnstitutunda

Qazaxıstanın Dil-Kazına Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Erbol Tleşov, mərkəzin elmi katibi Anar Fazilxanova, aparıcı elmi işçisi Almagül Xabieva və Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutunun baş elmi işçisi, professor Alimxan Jenisbek AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.

 www.science.gov.az saytı yazır ki, institutun direktoru, akademik Möhsün Nağısoylu ilə görüşdə qonaqlara müəssisənin tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq münasibətləri və əldə etdiyi nailiyyətləri barədə məlumat verilib.

Qonaqlar isə latın qrafikası əsasında tərtib olunmuş qazax əlifbasının yeni versiyasını təqdim ediblər. E.Tleşov bildirib ki, latın qrafikalı qazax əlifbasının yeni versiyası türkdilli ölkələrin yaxınlaşmasına təkan verəcək. O, Qazaxıstanın 2025-ci ilədək latın qrafikasına keçəcəyini söyləyib.

Qeyd edək ki, Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikasından, 1940-cı ilədək latın qrafikasından, o vaxtdan bu günə qədər isə kiril qrafikasından istifadə olunub. Kiril qrafikası əsasında yaradılmış qazax əlifbası hazırda 42 hərfdən ibarətdir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
 

17 Noyabr 2018 12:43 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin