Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva Şanlıurfada yaddaqalan görüşlər keçirib

Q.Paşayeva Şanlıurfada  yaddaqalan görüşlər keçirib

Şanlıurfada Qarabağ pakının açılış mərasimində Milli Məclisin deputatı Qənirə Paşayeva dərin məzmunlu çıxış edib. O, belə park və şəhidlərin xatirəsinə ucaldılan abidələrin gənclərimizdə tarixi unutmamağa, ondan ibrət götürməyə və dərindən öyrənməyə kömək edən bir vasitə olduğunu deyib. Türkiyə ilə qardaşlığımızın əbədi və sarsılmaz olduğundan bəhs edən deputatımız Azərbaycan və Türkiyəın bir çox şəhərlərinin qardaşlaşdığını bildirib. Açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Q. Paşayeva bir sıra görüşlər keçirib.

Şanlıurfada qadın millət vəkilləri, fəal xanımlar və ziyalılar ilə gözəl görüş və söhbət oldub. Deputatla birgə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova  da tədbirlərdə iştirak edib. Onlar, eyni zamanda, Şanlıurfa fiziki imkanları məhdud şəxslər üçün "Engelli Koordinasyon və yaşam Mərkəzini" ziyarət ediblər. Q. Paşayeva fiziki imkanları məhdud şəxslər ilə görüşüb, onlarla söhbət edib, onlara bu həyat üçün vacib şəxslər olduqlarını xatırladıb, “siz bu cəmiyyətə yararlı, lazım insanlarsınız”—deyib.

Q. Paşayeva  mərkəzdə fiziki imkanları məhdud şəxslərin əl işləri ilə tanış olub, onlara uğurlar diləyib və xatirə şəkilləri çəkdiriblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

17 Noyabr 2018 12:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin