Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Traviata” operasıtəriləcək

“Traviata” operasıtəriləcək

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Noyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının  nümayişi  olacaq.

Tamaşanı idarə etmək üçün gənc və istedadlı rusiyalı dirijor, beynəlxalq müsabiqələr laureatı Denis Vlasenko dəvət olunub.

Səhnə əsərində əsas rollardan biri - Violetta partiyasında Moskva “Novaya opera” teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Mariya Buynosova, Alfred rolunda isə Ukrayna Milli Operasının aparıcı solisti, Xalq artisti Andrey Romanenko çıxış edəcəklər.

Operada, həmçinin Xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov, Əməkdar artistlər Cahangir Qurbanov, Tural Ağasıyev, Səbinə Vahabzadə və teatrın aparıcı solisti Nina Makarova da rol alıblar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 Noyabr 2018 12:19 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin