Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd edilmişdir

 Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd edilmişdir

Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş gecə keçirilib.

Xalq artisti Heydər Əliyev Sarayının səhnəsində 50 illik səhnə fəaliyyəti dövründə ifa etdiyi ən sevilən mahnılarını səsləndirib. Konsert proqramında həmçinin Respublikanın Xalq artistləri Mübariz Tağıyev, Samir Cəfərov, Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar İncəsənət Xadimi Cavan Zeynallı, Əməkdar artistlər Nüşabə Ələsgərli, Rəşad İlyasov, Ədalət Şükürov tanınmış müğənnilər Nadir Qafarzadə, İlqar Xəyal, İntiqam Kərimov, Elçin Şirin, Cavid Hüseynov, Vüsalə Əsgərova və tələbələri Aytac Şahmarqızı Nigar Şakirqızı, Can Akar iştirak ediblər və Yalçın Rzazadəyə öz musiqili təbriklərini çatdırıblar. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik orkestri və Gülarə Əliyeva adına “Dan Ulduzu” instrumental ansamblı müşaiyət edib.

Konsertdə Yalçın Rzazadənin repertuarından  musiqisevərlər arasında sevilən və tanınan “Bakı sabahın xeyir”, “Azərbaycan”, “Anam qocalır”, “Bu gecə”, “Durnalar”, “Gün keçdi”, “Həsrətindəyəm”, “Səni axtarıram” və digər mahnıları səsləndirilib.

Sonda tamaşaçılar tərəfindən böyük diqqətlə dinlənilib və sürəkli alqışlarla qarşılanan sənətkar  iştirakçılara və dünya Azərbaycanlılarına öz təşəkkürünü bildirib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq  qəzeti”

17 Noyabr 2018 12:18 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə