Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunan kitab nəşr edildi

Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunan kitab nəşr edildi

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyinə hazırlanmış “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı işıq üzü görüb.

Mərkəzdən verilən məlumata görə, II Dünya müharibəsi dövründə keçmiş Yuqoslaviya və İtaliya partizan dəstələrinin tərkibində nasist Almaniyasına qarşı döyüşmüş qəhrəmanın rəşadətli ömür yolundan bəhs edən əsərin müəllifi – tanınmış Sloveniya yazıçısı Peter Amaliettidir.

Kitab igid partizanın tarixi qəhrəmanlıqlarının şahidi olmuş sloveniyalıların söylədikləri xatirələr, sənədli mətn və materiallar əsasında tərtib edilib.

Əsəri Azərbaycan dilinə tanınmış tərcüməçi Fərhad Abdullayev çevirib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 Noyabr 2018 12:15 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə