Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şanlıurfada Azərbaycan Bulvarı açılacaq

Şanlıurfada Azərbaycan Bulvarı açılacaq

Milli Məclisin deputatı Qənirə Paşayeva Şanlıurfa Böyükşəhər bələdiyyəsinin sədri Nihat Çiftçi ilə görüşündə bu qədim məkanda Qarabağ parkı və Şəhidlər, Xocalı abidəsinin açılması ilə bağlı təklifini qəbul edərək,onu tez bir zamanda həyata keçirdiyinə görə təşəkkür edib. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, “qədim Şanlıurfanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik”,- deyən Q.Paşayevanın təklifini  bələdiyyə sədri dəstəkləyib.

 Azərbaycanı çox sevdiyini deyən Şanlıurfa bələdiyyə başçısı Nihat Çiftçi Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini deyib. Bələdiyyə sədrinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva Azərbaycanla Şanlıurfa arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafına inandığını deyib. Azərbaycanı çox sevdiyini deyən N.Çiftçi yaxın zamanlarda Şanlıurfada Azərbaycan adlı bulvarın da açılacağını, bu istiqamətdə işlərin qısa zamanda tamamlancağını bildirib və deputatımızı da həmin tədbirdə görməkdən məmnunluğunu ifadə edib.

Q.Paşayeva Azərbaycan--Türkiyə qardaşlığının güclənməsi istiqamətində görülən işlər üçün  təşəkkürünü bildirib və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən  Bakıda "Şanlıurfadan Azərbaycana könül körpüsü" adlı bir gecə keçirməyi planlaşdırdıqlarını bildirib və onları həmin tədbirdə iştiraka dəvət edib.

Deputat Şanlıurfa  vilayətinin dövlət və qeyri-hökumət təşkilatları rəhbərləri, millət vəkilləri, fəal qadınları və gəncləri, KİV nümayəndələri ilə də görüşüb, geniş fikir mübadiləsi aparıb, Azərbaycanla bağlı sualları cavablandırıb. O həmçinin, Şanlıurfanın Şəhid ailələri və qazilər cəmiyyətlərinin nümayəndələri ilə də görüşüb. “Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin şəhididir. Bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edirik”,-- deyən Q.Paşayeva, eyni zamanda, Şanlıurfa fiziki imkanları məhdud şəxslər üçün "Engelli Koordinasyon və yaşam Mərkəzi”ni ziyarət edib, fiziki imkanları məhdud şəxslər ilə görüşüb, onlarla söhbət edib, onların əl işləri ilə tanış olub, uğurlar diləyib. Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da iştirak edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 Noyabr 2018 11:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin