• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük Britaniyanın Kilsk universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. Bu barədə “Nature” jurmalı məlumat dərc edib.

Böyük Britaniyanın Kilsk universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. Bu barədə “Nature” jurmalı məlumat dərc edib.

Mənbə qeyd edir ki, alimlərin qənaətinə əsasən, çox yatmaq ürəkdə problemlərə səbəb olur və vaxtından əvvəl ölmə riskini artırır.

Mütəxəssislər 74 tədqiqatın nəticələrini incələyiblər. Bu tədqiqatlarda 3 milyondan çox insan iştirak edib. Alimlər qeyd ediblər ki, sutka ərzində 10 saat yuxu ölüm riskini sutka ərzində 7 saat yatanlara nisbətən 30% artırır. Bununla yanaşı insultdan yaranan ölüm riski 56%, ürək-damar xəstəliklərindən üzə çıxan ölüm riski isə 49% artır. Eyni zamanda məlum olub ki, pis yuxu yatanların da sağlamlıqları ilə bağlı problemləri olur. Belə insanlarsa ürək xəstəliyi riski 44% artır.

Alimlər məsləhət görürlər ki, sutka ərzində 7-8 saat yatmaq kifayətdir. Bu, ürək xəstəlikləri riskini azaldır.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

11 2018 16:54 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin