Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Manqurt” tamaşası Bişkekdə uğurla nümayiş olundu

“Manqurt” tamaşası Bişkekdə uğurla nümayiş olundu

Akademik Milli Dram Teatrının kollektivi "Manqurt" tamaşası ilə Azərbaycanı Qırğız Respublikasında keçirilən beynəlxalq teatr festivalında böyük uğurla təmsil edib.  Olaylar.az bildirir ki, festivalda iştirak Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkəmizin Qırğız Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan "Aytmatov və teatr" festivalında Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan teatrları da iştirak edir. "Manqurt" münsiflər heyəti və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı bildirib ki, münsiflər heyətinin üzvləri "Manqurt"un rejissor işi, aktyor oyunu, rəssam işi və musiqi seçimi haqqında yüksək fikirlər bildirərə,  bu tamaşanı Azərbaycan teatrının böyük müvəffəqiyyəti kimi dəyərləndiriblər.

Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında

hazırlanan səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Bir hissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və İmran Ali Qurban iştirak ediblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 Noyabr 2018 13:01 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə