Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid ailələrinin tələblərinə xüsusi diqqət göstərilməlidir

Şəhid ailələrinin tələblərinə xüsusi diqqət göstərilməlidir

Qənirə Paşayeva Milli Məclisin iclasında bir qrup şəhid ailələrini narahat edən məsələyə hökumət üzvlərinin diqqətini cəlb etməyə çağırdı. Deputat sədrə müraciətlə Milli Məclisin binası qarşısında toplaşan şəhid ailələrinin tələblərini səsləndirdi: “Artıq yarım saatdan çoxdur ki, şəhid ailələri Milli Məclisin qarşısına toplaşıblar. Onlar Prezidentdən, onlara göstərilən diqqət və qayğıdan çox razılıq edirlər. Lakin bu gün onların istədikləri budur ki, şəhid ailələri üçün ayrılan vəsait onlara da verilsin. Bəziləri deyir almışıq, amma o zamanın şərtlərində həmin vəsaitin dəyəri çox aşağı idi, amma bu gün bu vəsait onların həyatı üçün çox önəmli olduğunu və onlara da verilməsini xahiş edirlər. Bəzi ailələr isə həmin vəsaiti almadıqlarını, onlarla bağlı bir anlaşılmazlığın olduğunu deyirlər, bəziləri isə şəhid ailələri arasında heç bir fərqin qoyulmamasını söyləyirlər. İstəkləri cənab Prezidentin şəhid ailələri üçün ayırdığı birdəfəlik ödəmənin onlara da verilməsidir və bu məsələnin həll olunmasını xahiş edirlər”.

Q.Paşayeva şəhid ailələrinin parlament qarşısında olmasından bəzi xarici qüvvələrin istifadə edə biləcəyindən də bəhs edərək, “bəzi xarici güclər var ki, bəlkə də bu məsələdən istifadə etmək istəyir”,--dedi. Buna görə də bu məsələyə xüsusu diqqət ayrılmasını xahiş edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Noyabr 2018 11:16 - CƏMİYYƏT
CƏMİYYƏT
12 Dekabr 2018 | 17:23
Tovuzda anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin