Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabah: Azərbaycan – Farer adaları, Malta – Kosovo oyunları

Sabah: Azərbaycan – Farer adaları, Malta – Kosovo oyunları

Azərbaycanın milli futbol komandası son dərəcə mühüm oyun ərəfəsindədir. Avropa Millətlər Liqası turnirinin 5-ci turunda Farer adaları komandası ilə sabaha təyin edilmiş görüşün nəticəsi “D” divizionunun 3-cü qrupunun turnir cədvəlində hər iki rəqibin mövqeyinə həlledici təsir göstərə bilər.
Millimiz bir ay əvvəl Torshavnda səfər matçında bu komandaya üç cavabsız qolla qalib gəlmişdir və yenə bizə yenə qələbə lazımdır. Hazırda qrupun lideri Kosovo komandasının 8, onun ən yaxın izləyicisi Azərbaycan millisinin 6, Farer adalarının 4 və Maltanın 2 xalı var. 
Finişin astanasında Azərbaycan – Farer adaları görüşü kimi, Malta – Kosovo matçı da böyük maraqla gözlənilir.
Sabah saat 21-də Bakı Olimpiya Stadionunda başlanacaq oyunu Dimitrios Massiasın başçılığı ilə kiprli hakimlər briqadası idarə edəcək.

 

O.BAYRAMOV, “Xalq qəzeti”

15 Noyabr 2018 23:58 - İDMAN
İDMAN
18 Dekabr 2018 | 16:47
Daha bir qələbə
17 Dekabr 2018 | 16:19
Finalda Fransa qalib gəldi

Ən son xəbərləri səhifəmizdən də izləyin