Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya çempionatından üç medalla

Dünya çempionatından üç medalla

Azərbaycan idmançıları Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək gənclər arasında yunan-Roma güləşi üzrə dünya çempionatında çıxışlarını üç medalla başa vurmuşlar.
Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) finaladək bütün rəqiblərindən üstün hazırlıq nümayiş etdirmiş və yalnız həlledici görüşdə uduzub çempionatın gümüş mükafatçıları olmuşlar.
Onların komanda yoldaşları İslam Abbasov (87 kq) fəxri kürsünün bürünc pilləsinə yüksəlmişdir.
Azərbaycan millisi komanda hesabında 71 xalla Gürcüstan (126), Rusiya (101), Türkiyə (87) və Yaponiyadan (80) sonra beşinci yeri tutmuşdur.

 

O.BAYRAMOV, “Xalq qəzeti”

 

15 Noyabr 2018 23:57 - İDMAN
İDMAN
18 Dekabr 2018 | 16:47
Daha bir qələbə
17 Dekabr 2018 | 16:19
Finalda Fransa qalib gəldi

Ən son xəbərləri səhifəmizdən də izləyin