Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Səudiyyə Ərəbistanına sanksiya tətbiq etməyə hazırlaşır

ABŞ Səudiyyə Ərəbistanına sanksiya tətbiq etməyə hazırlaşır

Amerika Birləşmiş Ştatları jurnalist Camal Qaşıqçının öldürülməsinə cavab olaraq bir sıra səudiyyəli məmura viza məhdudiyyətlərinin tətbiq edilməsi ilə yanaşı, əlavə tədbirlər görülməsini planlaşdırır. 
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert bildirib: “Biz sanksiyaları əvvəldən elan etmirik, ancaq planlaşdırdığımız tədbirlər vizaların geri alınması və səfərlərin ləğv edilməsi ilə məhdudlaşmayacaq”.
Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də nikahla bağlı sənədlər almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdür. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik nümayəndəlikdən çıxarıldığını təsdiqləmişdi.

 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

15 Noyabr 2018 23:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin