• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın açıqlaması Rusiyanı qəzəbləndirib

Paşinyanın açıqlaması Rusiyanı qəzəbləndirib

Qeyd edək ki, 2008-ci il martın 1-də baş vermiş hadisə ilə bağlı başlanılan cinayət işi üzrə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibinin istintaqa cəlb edilməsinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münasibət bildirmişdi.

Lavrov hazırkı hökuməti siyasi sələflərini təqib etməkdən çəkinməyə çağırmışdı: “Rusiya Yerevanın müttəfiqi olaraq erməni dövlətində sabitliyin olmasında maraqlıdır. Ermənistanın iştirakçısı olduğu MDB məkanındakı təşkilatların normal fəaliyyət göstərməsi baxımından baş verənlər bizi narahat etməyə bilməz. Son günlər biz narahatlığımızı bir neçə dəfə erməni rəhbərliyinə çatdırmışıq. Hesab edirik ki, bütün hallarda vəziyyət konstruktiv istiqamətdə gedəcək”.

Paşinyan isə deyib: “Bu, yeni şəraitdir və hamımız, o cümlədən rusiyalı tərəfdaşlarımız vəziyyətə uyğunlaşmalıdır”.

O, bu açıqlamanı Berd rayonunda jurnalistlərin Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatı ilə bağlı sualına cavabında deyib və son olaraq bildirib: “Odur ki, bütün işlər qaydasındadır”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2018 12:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin