Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan təbii qaz ixracını artırıb

Azərbaycan təbii qaz ixracını artırıb

Bu ilin on ayında Azərbaycandan 6 milyard 184 milyon 175 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumatda daha sonra bildirilir ki,   yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın dəyəri 1 milyard 209 milyon 621 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, keçən ilin eyni aylarında ölkədən 5 milyard 649 milyon 24 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 1 milyard 1 milyon 705 min dollar olub.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

15 Noyabr 2018 17:16 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin