Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində konfrans keçirilir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində konfrans keçirilir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfransda “Xəzər regionunda akvakulturanın inkişaf prioritetləri və imkanları” , “Regional problemlərin müəyyən edilməsi, idarəetmə vasitələri və balıq ehtiyatlarının mühafizəsi” mövzuları ayrı-ayrı sessiyalarda müzakirə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, konfransın keçirilməsində məqsəd Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərəcinsli balıqların azalması və icazəsiz balıq ovu problemlərinin həlli, akvakulturanın inkişafı və digər məsələlər barədə konkret istiqamətləri müəyyənləşdirmək üçün fikir mübadiləsi aparmaqdan ibarətdir.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı  Nazirliklərinin rəsmiləri, Milli Məclisin deputatları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, Rusiya, Türkiyə, İran, Böyük Britaniyadan olan tanınmış mütəxəssislər və balıqçılıq təsərrüfatı institutlarının rəhbərləri iştirak edir.

Xatırladaq ki, “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

15 Noyabr 2018 17:11 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə