Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat problemlərdən danışıb

Deputat  problemlərdən danışıb

Qənirə Paşayeva Milli Məclisin 2019-cu il büdcə müzakirələri ilə bağlı iclasında seçicilərinin bir sıra problemləri barədə danışıb və onların həlli istiqamətində parlamentə müraciət edib.

O, autizmli xəstələrin problemlərindən söz açaraq, bu sahədə həmin uşaqlara, onların ailələrinə dəstək göstərilməsi üçün proqramlara və həmin proqramlar üçün büdcədən vəsait ayrılmasına ehtiyac olduğunu bildirib.

Deputat, həmçinin Tovuzda bəzi tarixi-mədəni abidələrin acınacaqlı vəziyyətindən bəhs edərək, orada qısa zamanda təmir işlərinin aparılmasını vacib hesab etdiyini dilə gətirib.

Q.Paşayeva Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin çoxuşaqlı ailələrə müavinətlərin artırılması ilə bağlı təklifini dəstəkləyib və bu addımın vacib olduğunu bildirib. O, hökuməti bu istiqamətdə müvafiq işlər görməyə çağırıb.

Q. Paşayeva Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında məişət zorakılığı ilə mübarizədə çox mühüm işlərin görüldüyünü bildirib və bu istiqamətdə ən vacib məsələlərdən birinin məişət zorakılığı qurbanları ilə bağlı qaynar xəttin yaradılmalı olduğunu qeyd edib. Bu istiqamətdə işlərin aparılması üçün aidiyyəti qurumlardan vəsaitin ayrılmasını xahiş edib və məişət zorakılığı ilə mübarizədə irəli sürülən təklifləri dəstəkləyib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 Noyabr 2018 16:57 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə