Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-nun əməkdaşları Türkiyədə konqresdə iştirak ediblər

ATMU-nun əməkdaşları Türkiyədə konqresdə iştirak ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları, eyni zamanda, doktorantları Humay Cəfərli və Sənubər Qənbərova Türkiyənin Kocaeli şəhərində keçirilən “Turizm, İqtisadiyyat və Biznes elmləri üzrə II Beynəlxalq Konqres”də iştirak ediblər.

Humay Cəfərli “Qloballaşma kontekstində biznes turizmin tərifi və faydaları” mövzusunda etdiyi məruzəsində biznes turizminin ictimai əhəmiyyəti, müsbət və mənfi təsiri, MICE konsepti, biznes turizmi üçün əsas bazar, biznes səyahətin subsistemləri, iş səfərlərinin məqsədləri və biznes turizm sənayesinin çoxtərəfli infrastrukturu məsələlərinə toxunub. Sənubər Qənbərova isə “Azərbaycanda turizmin inkişafında milli mətbəxin rolu” adlı məruzəsində ölkəmizdə turizmə dövlət qayğısı kontekstində milli mətbəximizin əhəmiyyətli rolunu detallı faktlara iştirakçıların diqqətinə çatdırıb. Bu sahədə dövlət tərəfindən həyata keçirilən tədbirlər və görülən işlər barədə ətraflı məlumat verib.

Plenar iclasla işə başlayan tədbir öz fəaliyyətini müxtəlif bölmə iclaslarında davam etdirib. Qeyd edək ki, konqres Kartəpə bələdiyəsi, Kocaeli Universiteti və  Nobel Bilik və Araşdırma Mərkəzinin maliyyə dəstəyi vasitəsilə təşkil edilib. Konfrans əsnasında ATMU-nun doktorantları xarici ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşərək universitetlərarası əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

ATMU-nun mətbuat xidmətindən bildiriblər ki, “Turizm, İqtisadiyyat və Biznes elmləri üzrə II Beynəlxalq Konqres”in işinə 13 ölkədən 100-dən çox tədqiqatçı qatılıb. Tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 Noyabr 2018 16:54 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə