• RUB: 0.0254
  • TRY: 0.2909
  • EUR: 1.9343
  • USD: 1.7000
  • Bakı + 27.4 ° C / 51%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə naziri Oqtay Şirəliyev Ucarda vətəndaşları qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev Ucarda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli istiqamətində tədbirlər görülür.

Avqustun 10-da səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasında Ucar, Göyçay Kürdəmir, Ağsu rayon sakinlərini qəbul edib.

Qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2018 12:00 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin