Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il təqribən 850 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq proqramında iştirakı gözlənilir

 Bu il təqribən 850 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq  proqramında iştirakı gözlənilir

Cari ilin ötən dövründə özünüməşğulluq proqramında iştirak etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 645  nəfər əlilliyi olan şəxs müəyyən olunaraq kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb edilib. Ümumilikdə bu il 850 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq proqramında iştirakı gözlənilir. 

Kursları uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət qiymətləndirilən şəxslərə, o cümlədən əlilliyi olan insanlara seçdikləri iqtisadi fəaliyyət növləri üzrə yaxın vaxtlarda aktivlər (mal və materiallar) təqdim ediləcək.

Bu aktivlər hesabına qurulacaq fərdi təsərrüfatlar ailə əməyinə əsaslanmaqla, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna şərait yaradacaq.

Özünüməşğulluq proqramı çərçivəsində yaradılacaq təsərrüfatların idarə olunması və inkişaf etdirilməsi üçün proqram iştirakçılarına müvafiq məsləhət xidmətləri də göstəriləcək.

 

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

30 2018 16:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə