Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həsənağa Turabovun xatirəsi yad edilir

Həsənağa Turabovun xatirəsi yad edilir

Bu gün Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq artisti Həsənağa Turabovun 80 illik yubileyi ilə bağlı xatirə tədbiri keçirilib.

Xatirə tədbirində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən Həsənağa Turabovun həyat və yaradıcılığını əks etdirən fotosərgi təqdim olunub, sənətkarın oynadığı tamaşalardan səhnələr nümayiş etdirilib.

Anım tədbirinin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, rejissor assistentləri Elnur Məmmədov və Tural Mustafayevdir.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 6-da Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 Noyabr 2018 15:58 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə