Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Londonda ilk qələbəni kim qazanacaq?

İngiltərə paytaxtında norveçli dünya  çempionu  Maqnus Karlsenlə iddiaçıların turnirinin qalibi Fabiano Karuana (ABŞ)  arasında  keçirilən dünya şahmat  tacı  uğrunda  matçın dörd görüşü  artıq arxada  qalsa  da, qrossmeysterlərdən  heç biri qələbələrin  hesabını aça  bilməmişdir. Bütün dörd  oyunda  heç-heçə  qeydə  alınmış və  matçda  hesab 2:2-dir.

Beşinci  görüş bu  gün  keçiriləcək. Ağ  fiqurlarla  Karuana  oynayacaq.

Xatırladaq  ki,  mükafat  fondu 1  milyon avro olan (bu məbləğin 60 faizi qalibə, 40  faizi isə onun rəqibinə  çatacaq)  matçda  12 görüş  oynanılmalıdır.  Əgər  hesab 6:6 olarsa dünya  çempionu noyabrın 28-də tay-breykdə müəyyənləşəcək.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

15 Noyabr 2018 15:31 - İDMAN
İDMAN
4 İyun 2020 | 22:54
PSJ Belyerinlə maraqlanır

Köhnə versiyamızdan xəbərləri izlə