Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fələstin Dövlətinin Prezidenti zati-aliləri cənab Mahmud Abbasa

Fələstin Dövlətinin Prezidenti  zati-aliləri cənab Mahmud Abbasa

Hörmətli cənab Prezident!

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. 
İnanıram ki, Azərbaycan ilə Fələstin arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq daha da genişlənəcək və inkişaf edəcəkdir. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm. 

Hörmətlə,

 

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2018-ci il

15 Noyabr 2018 15:29 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə